Azərbaycanda dünya elmi üçün yeni olan məlumat əldə edilib

  13 Yanvar 2020    Oxunub : 2522
Azərbaycanda dünya elmi üçün yeni olan məlumat əldə edilib
Azərbaycan alimlərinin apardıqları tədqiqat nəticəsində dünya elmi üçün yeni olan məlumat əldə edilib.
Azvision.az xəbər verir ki, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan verilən məlumata görə, tədqiqat akademik İradə Hüseynova, biologiya üzrə fəlsəfə doktoru Gülnarə Balakişiyeva, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov və Fransadan olan professor Xavier Foissac ilə birgə aparılıb.

Tədqiqat zamanı Azərbaycanda “Candidatus Phytoplazma solani” fitopatogeninin həşərat vektorları mtCOI mitoxondri markeri vasitəsilə barkodlaşdırma əsasında identifikasiya edilib. Müəyyən olunub ki, bu fitoplazma növü Hyalestes obsoletus və Reptalus noahi həşəratları ilə yayılır. Alınan nəticə Reptalus noahi həşərat növünün “Candidatus Phytoplazma solani” fitoplazmasını yayması haqqında dünyada ilk məlumatdır.

Azvision.az

Teqlər: AMEA   Elm