Sınaq imtahanlarının vaxtı məlum oldu

  13 Yanvar 2020    Oxunub : 1996
Sınaq imtahanlarının vaxtı məlum oldu
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanları keçiriləcək.
Azvision.az DİM-ə istinadən xəbər verir ki, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 17, 22 və 29 yanvar tarixlərində keçiriləcək. İmtahanlar saat 10.00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 17, 22 və 29 yanvar tarixlərində saat 09:00-da başa çatacaq.

Qeydiyyatdan keçmək üçün linkə daxil olmaq lazımdır.

Azvision.az

Teqlər: DİM   İmtahan