Qətər əmiri İrana getdi, Ruhani ilə görüşəcək

  12 Yanvar 2020    Oxunub : 2529
Qətər əmiri İrana getdi, Ruhani ilə görüşəcək
Qətər əmiri Tamim bin Hamad Al Tani İranın paytaxtı Tehranda səfərdədir.
Azvision.az İSNA agentliyinə istinadən xəbər verir ki, Qətər əmiri səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani və bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.

Səfər zamanı ikitərəfli münasibətlər, bölgədəki vəziyyət, regional və beynəlxalq problemlər müzakirə ediləcək.

Azvision.az

Teqlər: İran   Qətər   Ruhani