Ərdoğan və Putin arasında telefon danışığı olub

  12 Yanvar 2020    Oxunub : 1906
Ərdoğan və Putin arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Dövlət başçıları telefon danışığında Liviyadakı son vəziyyəti müzakirə edib, regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, qondarma Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tabeliyindəki qüvvələr Türkiyə və Rusiya prezidentlərinin atəşkəslə bağlı birgə çağırışını qəbul edib.

Azvision.az

Teqlər: Ərdoğan   Putin   Rusiya   Türkiyə