Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilir

Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilir
  12 Yanvar 2020    Oxunub:3048
Bu gün Azərbaycanın bütün şəhər və rayonlarında məktəblilərin respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.
Azvision.az xəbər verir ki, bilik yarışının ilkin mərhələsində təxminən 35 min şagirdin iştirakı nəzərdə tutulur.

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Qeyd edək ki, riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçiriləcək olimpiadalarda IX, X və XI sinif şagirdləri biliklərini sınayacaqlar. Elm yarışında xüsusi istedada malik VIII sinif şagirdlərinin də iştirakına icazə verilir.

Azvision.az



Teqlər: Fənn   Olimpiada  





Xəbər lenti