“Neftçi”dən yeni transfer

“Neftçi”dən yeni transfer
  11 Yanvar 2020    Oxunub:3496
"Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi İrandan olan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1,5 il müddətinə müqavilə imzalayıb.

Sonuncu klubu "Maşinsazi”nin (2916-2017, 2019) kapitanı olan Saman İranın "Naft Tehran” (2012-2013), "Gostareş Fulad ” (2012-2013, 2013-2016, 2017-2018), "Traktor” (2014-2016), "Persepolis” (2017) və "Peykan" (2018-2019) klublarında çıxış edib. İran çempionatının qalibi (2017) olan futbolçu İran U-23 milli komandasında (2012) heyətində 6 oyun keçirib, 1 qola imza atıb.

Azvision.az


Teqlər: Neftçi  





Xəbər lenti