Naxçıvanda namizədlər üçün görüş yerləri ayrılıb

  10 Yanvar 2020    Oxunub : 1883
Naxçıvanda namizədlər üçün görüş yerləri ayrılıb
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.
Azvision.az xəbər verir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq muxtar respublikanı əhatə edən dairələrə uyğun olaraq şəhər və rayonlarda 7 seçki dairəsi üzrə 8 açıq və 8 qapalı yer müəyyən edilib.

Həmin yerlərin siyahısını təqdim edir:

Naxçıvan şəhərində Açıq yer - Naxçıvan Şəhər Stadionu,

Qapalı yer - Gənclik Mərkəzi,

Babək rayonunda Açıq yer - Babək Qəsəbə Stadionu,

Qapalı yer - Babək Rayon Mədəniyyət Sarayı,

Culfa rayonunda Açıq yer - Culfa Şəhər Stadionu,

Qapalı yer- Culfa Rayon Mədəniyyət Sarayı,

Şahbuz rayonunda Açıq yer - Şahbuz Şəhər Stadionu,

Qapalı yer - “Araz” kinoteatrı,

Şərur rayonunda Açıq yer - Şərur Olimpiya Stadionu,

Qapalı yer - “Bahar” kinoteatrı,

Ordubad rayonunda Açıq yer - Ordubad Şəhər Tədbirlər Meydanı,

Qapalı yer - Ordubad Rayon Mədəniyyət Sarayı,

Kəngərli rayonunda Açıq yer - Qıvraq Qəsəbə Stadionu,

Qapalı yer - Kəngərli Rayon Mədəniyyət Sarayı,

Sədərək rayonunda Açıq yer - Sədərək Rayon Mədəniyyət Sarayının ərazisi,

Qapalı yer - Sədərək Rayon Mədəniyyət Sarayı.

Azvision.az

Teqlər: Naxçıvan   Seçki