Nazir və müavinləri qəbul keçirəcək

  10 Yanvar 2020    Oxunub : 1422
Nazir və müavinləri qəbul keçirəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Salyan rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.
Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri CəlilabadBiləsuvar rayonlarında həmin rayonların, həmçinin Biləsuvar rayonunda Cəbrayıl rayonunun da sakinləri ilə görüşəcəklər.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı mərkəzi ilə əlaqə saxlayaraq yanvarın 22-dək qəbula yazıla bilərlər.

Azvision.az

Teqlər: ƏƏSMN