Düz bağırsağından narkotik çıxdı

  08 Yanvar 2020    Oxunub : 1217
Düz bağırsağından narkotik çıxdı
Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü ümumi çəkisi 4 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 11 qram qara rəngli narkotik vasitə - tiryək, üzərində “M40” yazılı və üzərində “Z40” yazılı “metadon” adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır.


Azvision.az

Teqlər: DGK