Nazirliyin Apellyasiya Şurasının yeni tərkibi təsdiqləndi

  08 Yanvar 2020    Oxunub : 1292
Nazirliyin Apellyasiya Şurasının yeni tərkibi təsdiqləndi
Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiq edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Əmrə əsasən, nazirliyin Apellyasiya Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Apellyasiya Şurasının sədri:

Firudin Qurbanov – Təhsil nazirinin müavini;

Apellyasiya Şurasının üzvləri:

Muxtar Məmmədov – Aparat rəhbəri;

Fərzəli Qədirov – Aparat rəhbərinin müavini;

Anar Cəfərov – nazirin müşaviri, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən;

Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri;

Amil Əlili – Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini;

Bəhruz Müslümov – Audit şöbəsinin əmlakın monitorinqi sektorunun müdiri.

Azvision.az

Teqlər: Təhsil