Xırdalan şəhərində və 6 qəsəbədə qaz yoxdur

  08 Yanvar 2020    Oxunub : 1794
Xırdalan şəhərində və 6 qəsəbədə qaz yoxdur
Abşeron rayonunda aparılan abadlıq işləri ilə əlaqədar bu gün səhər saat 10:00-dan etibarən bir qrup abonentin qaz təchizatında müvəqqəti olaraq fasilə yaranacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, qaz təminatındakı fasilələr əsasən Abşeron rayonunun Xırdalan şəhəri, həmçinin, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələri ərazisində müşahidə olunacaq.

Azvision.az

Teqlər: Qaz