4 mindən çox abituriyent imtahandan kəsilib

 4 mindən çox abituriyent imtahandan kəsilib
  29 Dekabr 2019    Oxunub:4281
Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2019-2020-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul göstəricilərində də müsbət dinamika müşahidə olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, qəbul imtahanlarına müraciət edən 17 505 abituriyentin 13 012 nəfəri, yəni 74 faizi respublikanın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

500 və 500-dən yuxarı bal toplayan abituriyentlərin sayı qəbul olunanların 22 faizini təşkil edib.

Qəbul imtahanlarında ən yüksək nəticə göstərərək ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib. Onlardan 26-sı BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunlarıdır.

Azvision.az



Teqlər: İmtahan  





Xəbər lenti