DİM: İmtahanlarda 571 mindən artıq iştirakçı qeydə alınıb

  28 Dekabr 2019    Oxunub : 2158
DİM: İmtahanlarda 571 mindən artıq iştirakçı qeydə alınıb
Dövlət İmtahan Mərkəzinin (DİM) strukturuna daxil olan şöbələrin 2019-cu il ərzindəki fəaliyyətinə dair hesabatları açıqlanıb.
DİM-dən Azvision.az -a verilən məlumata görə, informasiyalaşdırma və texnoloji təminat şöbəsi Mərkəz tərəfindən keçirilən imtahanların və tədbirlərin təşkil edilməsi üçün kompüter sistemləri, proqram-texniki təminatın yaradılması, təkmilləşdirilməsi və istismarı, məlumat bazalarının yaradılması, göstərilən xidmətlərin elektronlaşmasının təmin edilməsi və digər istiqamətlərdə zəruri tədbirlər həyata keçirir.

Şöbənin hesabatına əsasən il ərzində Mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlarda 571 mindən (detallı məlumat burada) artıq iştirakçı sayı qeydə alınıb. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün 16 yeni proqram yazılmış və ya mövcud proqramlar üzərində dəyişiklik edilmişdir. Hesabatın geniş məzmunu ilə buradan tanış olmaq mümkündür.

Texnoloji nəzarət və informasiya təhlükəsizliyi şöbəsinin hesabatına əsasən il ərzində təxminən 887 min sual kitabçası və cavab vərəqi çap olunub. Bunlardan 545 mini sual kitabçalarının, 222 mini buraxılış imtahanlarının cavab vərəqələrinin, 120 mini isə qəbul imtahanlarının cavab vərəqələrinin payına düşür.

Hesabatın geniş məzmunu ilə buradan tanış olmaq mümkündür. Bundan əlavə, şöbənin Avtomatlaşdırılmış İstifadəçi Xidməti Mərkəzinin (IT Service Desk) məlumatına əsasən 2019-cu ildə mərkəzdaxili 1300-dən çox sorğu emal olunub.

Azvision.az

Teqlər: DİM