Zelenski və xanımı Bakı Slavyan Universitetində - FOTOLAR
Bildirildi ki, universitetdə 2001-ci ildə yaradılan Ukrayna Tədris-Mədəniyyət Mərkəzi ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verməkdədir. Mərkəz Azərbaycanda Ukrayna mədəniyyətinin təbliğində mühüm rol oynayır. Mərkəzin bazasında ukraynaşünas tələbələr Ukrayna dili və ədəbiyyatını öyrənirlər. Burada, həmçinin müxtəlif mədəni-kütləvi tədbirlər, Ukrayna tarixi və mədəniyyəti ilə bağlı yubiley gecələri keçirilir. Tədris-Mədəniyyət Mərkəzinin nəzdində yaradılan “Slavyanoçka” ansamblı Ukrayna səfirliyinin və Bakı Slavyan Universitetnin təşkil etdiyi müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirak edir.
Lesya Kərimova qeyd edib ki, Mərkəzdə Ukrayna və Azərbaycanın mədəni irsinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır. Mərkəz Ukraynanın ölkəmizdəki səfirliyi, Ukraynanın Azərbaycan diasporu və Ukraynanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Sonra “Slavyanoçka” ansamblı Ukrayna dilində mahnılar səsləndirib.
Daha sonra Prezident Vladimir Zelenski və birinci xanım Yelena Zelenskaya Ukrayna diasporunun nümayəndələri ilə görüşüblər.
Diaspor nümayəndələri Azərbaycandakı fəaliyyətləri haqqında Prezidentə məlumat veriblər. Diasporun fəaliyyətini yüksək qiymətləndirən Vladimir Zelenski yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
Azvision.az
Teqlər: Zelenski