Bakıda keçmiş məhkum avtomobil oğurlayıb

Bakıda keçmiş məhkum avtomobil oğurlayıb
  17 Dekabr 2019    Oxunub:2477
Bakıda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 16-da Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Sultanov dekabrın 14-də Biləcəri qəsəbəsi ərazisindən “Honda” markalı avtomobilinin qaçırıldığını bildirilib. Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Avtomobil  





Xəbər lenti