“Suriyada ABŞ-ın minlərlə hərbçisi var” - Bəşər Əsəd

  16 Dekabr 2019    Oxunub : 1189
 “Suriyada ABŞ-ın minlərlə hərbçisi var” - Bəşər Əsəd
Suriyada yüzlərlə deyil, bir neçə min ABŞ əsgəri var.
Azvision.az xəbər verir ki, bunu "Phoenix" kanalına müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib. Əsədin sözlərinə görə, onların arasında özəl hərbi şirkətlərin əməkdaşları da var.

Suriya prezidenti hesab edir ki, amerikalı siyasətçilər əsl rəqəmi azaldaraq yüzlərlə hərbçi haqqında danışırlar: “Amerika hakimiyyəti müharibədə “Blackwater” tipli özəl hərbi şirkətlərə çox güvənir. Beləliklə, Suriyada hətta onlar bir neçə yüz Amerika əsgəri olsa belə, yenə də bir neçə min, bəlkə də on minlərlə özəl hərbi kompaniyaların xətti ilə işləyən və ölkəmizdə döyüşən mülki şəxslərə sahibdirlər. Buna görə də dəqiq rəqəmi müəyyən etmək çətindir, lakin bu, mütləq bir neçə min nəfərdir".

Xatırladaq ki, daha əvvəl Vaşinqton rəsmiləri Suriyada 500-600 ABŞ hərbçisinin qaldığını bəyan ediblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Suriya   Bəşər-Əsəd