Psixoloqların diaqnostik qiymətləndirilməsinə start verilir

Psixoloqların diaqnostik qiymətləndirilməsinə start verilir
  11 Dekabr 2019    Oxunub:2257
24-28 dekabr 2019-cu il tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək.
Azvision.az xəbər verir ki, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Azvision.az



Teqlər: Psixoloq   İmtahan  





Xəbər lenti