Məktəblilərimiz böyük uğura imza atıblar

  11 Dekabr 2019    Oxunub : 1213
Məktəblilərimiz böyük uğura imza atıblar
2-11 dekabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində yeniyetmələr arasında təbiət elmləri fənni üzrə dünya olimpiadası keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, oimpiadaya qatılan məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər. Belə ki, Azərbaycan komandasının tərkibinə daxil olan 6 iştirakçıdan 4-ü gümüş, 2-si isə bürünc medal əldə edib .

Azvision.az

Teqlər: Məktəb   Təhsil-Nazirliyi