İdmançımız ikinci dəfə Avropa çempionu oldu

  08 Dekabr 2019    Oxunub : 1386
 İdmançımız ikinci dəfə Avropa çempionu oldu
İsrailin Eylat şəhərində 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Azvision.az xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Təmsilçimiz Elşən Məmmədov yaşı 15-ə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 106 kq nəticə ilə bu hərəkətdə gümüş medal qazanıb. Təkanla qaldırma hərəkətində 129 kq nəticə göstərən idmançımız bu hərəkətdə bürünc medala sahib çıxıb.

Toplam 235 kq (106+129) nəticə (toplamda yeni Avropa rekordu) ilə Elşən Məmmədov Avropa birinciliyinin qalibi adına layiq görülüb.

Bu, onun ikinci belə nəticəsidir. Belə ki, Məmmədov ötən il İtaliyanın Milan şəhərində keçirilən Avropa birinciliyində də qızıl medal qazanıb.

Azvision.az

Teqlər: Atlet   Avropa-Çempionu   Yarış   Medal