Keçmiş məhkum metroda cinayət törətdi

  07 Dekabr 2019    Oxunub : 1169
Keçmiş məhkum metroda cinayət törətdi
Dekabrın 6-da metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Bakı şəhər sakini olan bir qadının mobil telefonu oğurlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş C.Mirzəyev saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Cinayət