Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

 Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb
  04 Dekabr 2019    Oxunub:1663
Slovakiyanın paytaxtı Bratislavada Azrbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Tvitter” səhifəsində məlumat yerləşdirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik iştirak edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   ATƏT   Məmmədyarov  





Xəbər lenti