“Düzgün oynasaq, istəyimizə nail ola bilərik” - Qurban Qurbanov

“Düzgün oynasaq, istəyimizə nail ola bilərik” -   Qurban Qurbanov
  28 Noyabr 2019    Oxunub:3290
"Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib növbəti mərhələni təmin edib. Bizim üçün çox vacib oyundur. Biz hər oyuna ciddi yanaşmışıq"
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Sevilya" ilə keçirəcəkləri səfər oyunu öncəsi mətbuat konfransında deyib.

"Daim çalışırıq ki, oyunumuzu daha da yaxşılaşdıraq. Xüsusən də böyük komandalara qarşı. Sabah da böyük komandaya qarşı oynayacağıq. Sona kimi mübarizə aparmağa çalışacağıq. Uğurlu nəticə qazanmaq istərdik. Hazırda bizim üçün əsas olan rəqibi düzgün analiz etməkdir. Düzgün oynasaq, istəyimizə nail ola bilərik", - deyə baş məşqçi bildirib.

Azvision.az



Teqlər: QurbanQurbanov  





Xəbər lenti