Azay Quliyev Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb
Görüş iştirakçıları Bakı Parlament Platformasının parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, regional təhlükəsizliyin təşviqi, eləcə də qarşılıqlı inam və dialoq mühitinin qorunması istiqamətində yüksək potensiala malik olan bir təşkilat olduğunu qeyd edərək BPP-nin fəaliyyətinin bundan sonra da genişləndirilməsinə, yeni tərəfdaşlarla əlaqələrin qurulmasına ehtiyacın olması barədə razılığa gəliblər.
Görüşdə Bakı Parlament Platformasının İşçi Heyətinin rəhbəri Anar Orucov və Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin birinci katibi Fərid Musayev də iştirak edib.
Qeyd edək ki, Bakı Parlament Platformasının iclasları hər ilin iyun ayında Bakı şəhərində keçirilir. Hazırda BPP-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradova, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann və Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin rəhbərlik etdikləri nümayəndə heyətləri üzv qismində iştirak edir.
Hər 3 nümayəndə heyətinin gəldiyi razılığa əsasən, hazırda digər ölkələrin Platformaya üzvlüyü ilə bağlı işlər aparılır. Bu çərçivədə 26 noyabr 2019-cu ildə Azay Quliyev və Bahar Muradova İtaliya, Gürcüstan və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirib.
Azvision.az
Teqlər: Azay-Quliyev Türkiyə TBMM