“Sabah”da yeni baş məşqçi təyinatı

“Sabah”da yeni baş məşqçi təyinatı
  26 Noyabr 2019    Oxunub:2402
“Sabah” futbol klubunun yeni baş məşqçisi məlum olub.
Azvision.az xəbər verir ki, komandanı bundan sonra xorvatiyalı mütəxəssis Jelko Sopiç çalışdıracaq. 45 yaşlı məşqçi ilə 1,5 illik müqavilə bağlanıb. 31 yaşlı xorvatiyalı mütəxəssis Marko Lozo Sopiçin köməkçisi təyin olunub.

Qeyd edək ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

Azvision.az



Teqlər: Sabah   Klub   Futbol  





Xəbər lenti