AFFA iki futbolçunu Barselonaya göndərib

AFFA iki futbolçunu Barselonaya göndərib
  25 Noyabr 2019    Oxunub:2461
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iki üzvü İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasında hazırlıq keçəcək.
Azvision.az -ın məlumatına görə, bunlar “Qəbələ”dən Rauf Rüstəmli və “Qarabağ”dan Musa Musazadədir.

Onları AFFA rəhbərliyi yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə ölkə xaricinə göndərib. Futbolçular adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.

Azvision.az


Teqlər:





Xəbər lenti