Çində mədəndə partlayış- 21 ölü

Çində mədəndə partlayış- 21 ölü
  14 Dekabr 2013    Oxunub:999
Çində mədəndə baş vermiş partlayış nəticəsində 21 nəfər ölüb.
Çinin qərbində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində azı 21 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

AzVision.az “Assoşieyted Press”ə istinadən xəbər verir ki, insidentlə bağlı rəsmi qurumlar hələlik heç bir açıqlama verməyib. Məlumata görə, partlayışa səbəb şaxtada yığılan qaz olub.

Agentlik bildirir ki, iyunda şaxtanın istismar qaydalarında aşkarlanmış pozuntulara görə mədənin fəaliyyətinin dayandırması barədə göstəriş verilmişdi.


Teqlər:  





Xəbər lenti