Əhalinin banklardakı əmanətləri artıb

  14 Dekabr 2013    Oxunub : 545
Əhalinin banklardakı əmanətləri artıb
Əhalinin banklardakı əmanətləri ötən ilin müvafiq dövrünə nisbətən 34,4 faiz artaraq 6,3 milyard manat olub.
Əhalinin banklardakı əmanətləri artıb. AzVision.az Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri ötən ilin müvafiq dövrünə nisbətən 34,4 faiz artaraq 6,3 milyard manat olub. Onların 3,9 milyard manatı milli valyuta ilə, 2,4 milyard manatı isə xarici valyuta ilə qoyulub.

Ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 15,0 milyard manat məbləğində kredit verib. Bu kreditlərin 77,5 faizi uzunmüddətli olub, 5,2 faizlik kreditin isə ödəmə vaxtı keçib.

Bundan başqa Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 16,2 milyard manat daxil olub. Dövlət büdcəsindən 14,0 milyard manat vəsait xərclənib.

Büdcə xərclərinin 44,4 faizi və ya 6,2 milyard manatı iqtisadiyyatın inkişafına, 10,3 faizi (1,4 milyard manatı) səhiyyə və təhsilə, 10,8 faizi (1,5 milyard manatı) sosial müdafiə və sosial təminata yönəldilib.

Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 4,7 faizinə bərabər və ya 2214,8 milyon manatlıq profisit yaranıb.

Teqlər: