ADU-da kadr dəyişikliyi olub

  20 Noyabr 2019    Oxunub : 1428
 ADU-da kadr dəyişikliyi olub
Azərbaycan Dillər Universitetində (ADU) kadr dəyişikliyi olub.
Azvision.az xəbər verir ki, Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev vəzifəsindən azad edilib. O,fəaliyyətini Təhsil Nazirliyində davam edəcək. Bu vəzifəyə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Sevinc Zeynalova təyin olunub. Elmi məsələlər üzrə prorektor vəzifəsi isə Novruz Məmmədova həvalə edilib.

Aytən Zəhra
Azvision.az

Teqlər: ADU