Miqrasiya orqanlarına qəbul olmaq istəyənlərin nəzərinə!

Miqrasiya orqanlarına qəbul olmaq istəyənlərin nəzərinə!
  18 Noyabr 2019    Oxunub:2266
Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər dekabrın 16-sı saat 18.00-dək Mərkəzin saytında qeydiyyatdan keçməlidirlər.

Namizədlər imtahana yazılmaq üçün“Şəxsi kabinet” yaratdıqdan sonra bank kartı və ya ödəmə terminalları vasitəsilə imtahanda iştirak haqqını (82 AZN) hesablarına əlavə edib qeydiyyatdan keçməlidirlər.

İmtahanın keçiriləcəyi yer və başlama saatı haqqında məlumat qeydiyyat prosesi başa çatdıqdan sonra veriləcək

Azvision.az



Teqlər: DMX   DİM  





Xəbər lenti