Məktəblərdə olimpiadalar başlayır

Məktəblərdə olimpiadalar başlayır
  14 Dekabr 2013    Oxunub:2835
Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin birinci turu keçiriləcək
AzVision.az xəbər verir ki, Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin birinci turu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, şəhər mərhələsində bu il noyabrın 15-də paytaxt məktəblərində keçirilən bilik yarışının qalibləri iştirak edəcəklər.

Fənn olimpiadalarının şəhər mərhələsinin birinci turu VII – XI sinif şagirdlərini əhatə etməklə Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, coğrafiya, xarici dil, fizika, kimya və informatika fənləri üzrə təşkil ediləcək.

Olimpiadanın məqsədi şagirdlərdə təhsilə və biliklərə yiyələnməyə marağın artırılmasıdır.

“Məktəblilərin fənn olimpiadaları haqqında qaydalar”a uyğun olaraq Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin birinci turunun və yarışın yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb.

Bilik yarışı dekabrın 15–də Yasamal rayonu üzrə 20, Nəsimi rayonu üzrə 152, Nizami rayonu üzrə 220, Suraxanı rayonu üzrə 114, Sabunçu rayonu üzrə 96, Səbail rayonu üzrə 160, Nərimanov rayonu üzrə 258, Xəzər rayonu üzrə 181, Binəqədi rayonu üzrə 3 və 276, Qaradağ rayonu üzrə 139, Xətai rayonu üzrə 95 və 138, Pirallahı rayonu üzrə isə 235 nömrəli məktəblərdə keçiriləcək.

Bilik yarışına mobil telefon, kalkulyator, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vəsaitlər gətirmək qəti qadağandır. Əks təqdirdə şagirdlər yarışa buraxılmayacaq.


Teqlər:  





Xəbər lenti