259 azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanıb

259 azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanıb
  16 Noyabr 2019    Oxunub:2065
2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təhsili Macarıstan, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Latviya, Rumıniya və Qazaxıstan Respublikası üzrə ayrılmış təqaüd yerlərinə əsasən həyata keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, cari tədris ili üzrə Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.



Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti