Bakıda qadına qarşı soyğunçuluq edilib

  11 Noyabr 2019    Oxunub : 791
Bakıda qadına qarşı soyğunçuluq edilib
Paytaxtda soyğunçuluq edən keçmiş məhkum tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 9-da Bakı şəhər sakini olan bir qadına zor tətbiq edib içərisində 279 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıb.

Azvision.az

Teqlər: Bakı   Soyğunçuluq