Batut və tamblinqçilər üçün milli yarışlar mövsümü yekunlaşdı

  11 Noyabr 2019    Oxunub : 826
Batut və tamblinqçilər üçün milli yarışlar mövsümü yekunlaşdı
Bakının iki fərqli məkanında tamblinq və batut gimnastikası üzrə daxili yarışlar təşkil edilib.
Azvision.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə 5-ci Azərbaycan çempionatı və birinciliyi isə Bakı Olimpiya İdman Kompleksində keçirilib.

İki günlük yarışlarda Bakı Gimnastika Məktəbi və “Neftçi” İdman Klubunu təmsil edən tambliqnçilər - uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıblar. Batutçular isə fərdi və sinxron proqramda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” İdman Klubunu təmsil ediblər.

Batut yarışlarında ilk dəfə olaraq Qaxdan olan gimnastlar öz çıxışlarını nümayiş etdiriblər.

Kişi və qadın idman gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə son daxili yarışlar Sumqayıt şəhərində baş tutacaq.

Azvision.az

Teqlər: Batut