Qanunsuz ov edən ərəblər 2 min manat cərimələndi

  08 Noyabr 2019    Oxunub : 760
Qanunsuz ov edən ərəblər 2 min manat cərimələndi
İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki ərəb ölkəsi vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat cərimələnib.

"Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib".

H.Əlizadə qeyd edib ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.

Aytən Zəhra
Azvision.az

Teqlər: ETSN   Ov   Ərəb