Benzinə necə qənaət edə bilərik? - AKTUAL

Benzinə necə qənaət edə bilərik? - AKTUAL
  13 Dekabr 2013    Oxunub:2482
Mütəxəssislər hesab edirlər ki, avtomobil sürücüləri maksimim 30 faiz civarında benzinə qənaət edə bilərlər. Bunun üçünsə aşağıdakı məsləhətlərə riayət etmək lazımdır.

AzVision.az benzinə qənaet etməyin yollarını araşdırıb.

Yanacağa fikir vermək lazımdır

Ucuz, amma keyfiyyətsiz yanacaqla yalnız qısa müddət qənatə etmək olar. Mühərrikin yaxşı işləməyi üçün əsas şərtlərdən biri də onu təmiz saxlamaqdır. Maşının yanacaq çəninin qapağının tam örtüldüyünə diqqət etmək lazımdır.

Təmizliyə riayət edin!

Köhnə və çirkli yağ filtirləri mühərrikin fəaliyyətinə mənfi təsir edir. Tıxanmış hava filtirləri daha çox yanacağın işlənməyinə səbəb olur.

Maşın dayananda da yanacaq sərf olunur

Maşınlar qırmızı işıqda dayanda da yanacaq sərf olunur. Belə vəziyyətdə maşın bir saatda 1.5 litrə qədər yanacaq işlədir. Ona görə də belə halda maşının mühərrikini söndürüb, lazım olanda yenidən işə salmaq lazımdır.

Qəfildən əyləci sıxmaq olmaz

Maşının sürətini yavaş-yavaş artırmaqla da yanacağa qənaət etmək olar. Sürətli manevrlər və qəfil əyləcdən istifadə adi halla müqayisədə 20% daha çox yanacaq sərfiyyatına səbəb olur. Döngələrə də yavaş girmək məsləhətdir. Döngələrdə sürətli hərəkət də daha çox yancaq istifadə etməyə gətirib çıxarır.

Sürəti tənzimləyin!

Qənəətin ən asan yolu sürəti azaltmaqdır. 90 km/saat sürətlə hərəkətə icazə verilən yolda 150 km/saat sürətlə hərəkət etmək yanacaq sərfiyyatını 50% artırır.

Yüksək sürət kimi çox yavaş hərəkət də yanacağın istifadəsini artırır. Ona görə də avtomobili 80-90 km/saat sürətlə sürməklə məsləhətdir.

Lazımsız yükləri atın!

Avtomobil nə qədər ağır olarsa hərəkət etmək üçün bir o qədər çox enerji tələb olunur. Əlavə hər 50 kiloqram yük üçün yancaq sərfiyyatı 1% artır. Ona görə də lazımsız əşyaları avtomobildən atmaq məsləhət görülür. Bundan başqa maşının üstündəki port-baqaj da yanacağın istifadəsini artırır. Bunun üçün hər 100 km-də 1 litr yanacaq sərf olunur.

Hava təzyiqi vacibdir

Lazımsız təzyiqlə doldurulmuş təkərlər fırlanmaq üçün daha çox enerji tələb edir. Təkərlərin düzgün texnika ilə şişirdilməsi sayəsində yanacağa 5%-ə qədər qəna
ət etmək olar.

Mütəmadi olaraq servisə gedin!

Avtomobildəki kondisioner mühərrik üçün əlavə yükdür. Kondisionerdən istifadə etməmək yanacağa 3%-ə qədər qənaət edir. Ümumiyyətlə isə avtomolin maksimum yaxşı işləməyi üçün mütəmadi olaraq servisə aparmaq lazımdır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti