Azərbaycanda yeni radio kanalı açılacaq

   Azərbaycanda yeni radio kanalı açılacaq
  05 Noyabr 2019    Oxunub:1798
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Bu barədə Azvision.az -a Şuradan məlumat verilib. Bildirilib ki, iclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb.

Ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə 12 noyabrdan 12 dekabradək müsabiqə elan olunması barədə qərar qəbul edilib.

Azvision.az



Teqlər: MTRŞ   Şura   Radio  





Xəbər lenti