Robot ali məktəbə imtahan verdi

Robot ali məktəbə imtahan verdi
  13 Dekabr 2013    Oxunub:1098
İndi Robot nüfuzlu Tokio Universitetinə hazırlaşır.
Yaponiyada ali məktəbə imtahan verən robot topladığı bala əsasən ölkədəki universitetlərin 70%-də təhsil almaq haqqı qazanıb. Robot ən yüksək qiyməti Yaponiya tarixi, dünya tarixi və riyaziyyatdan alıb. Ən aşağı bal topladığı fənlər isə ingilis dili, yapon dili olub. Çünki mətnləri dərk etmək daha böyük bilik tələb edir.

Bununla yanaşı, imtahan komissiyasının üzvləri Torobo-kun adlı robotun bacarıqlarını yüksək qiymətləndiriblər. İndi robotu yaradan alimlər onu Tokio universitetinə daxil ola biləcək səviyyəyədək təkmilləşdirmək istəyirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti