İrandan daxili orqanında narkotik gətirən tutuldu
Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, daxili orqanı - düz bağırsağından 3 ədəd bükümdə, ümumi çəkisi 92,814 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 2,197 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az