Bakıda ağır qəza: Nənə və nəvə öldü

  05 Noyabr 2019    Oxunub : 703
 Bakıda ağır qəza: Nənə və nəvə öldü
Noyabrın 4-də saat 13 radələrində Binəqədi rayonunun Goradil bağlar sahəsində Bakı şəhər sakinləri Ş.Əliyevin idarə etdiyi “Volvo” və M.Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə M.Quliyevin sərnişinlərindən Tünzalə Quliyeva hadisə yerində, nəvəsi 2 - yaşlı Yusif xəstəxanada ölüb, özü və digər sərnişini olan 1 yaşlı nəvəsi isə xəstəxanaya yerləşdiriliblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN