Cudoçularımız Avropada 7 medal qazandı

Cudoçularımız Avropada 7 medal qazandı
  05 Noyabr 2019    Oxunub:2312
Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində Vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib.
Azvision.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar. Çempionatda ölkəmiz 10 idmançı ilə təmsil olunub. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, “Judo Club 2012”nin karate bölməsinin rəhbəri, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi ilə Macarıstana yollanan karateçilərimiz fərdi yarışlarda 7 (2 qızıl, 4 gümüş, 1 bürünc) medal qazanıblar.

Komanda yarışlarında da idmançılarımız uğurla çıxış ediblər. 16-17 yaşlı karateçilərin mübarizəsində bütün rəqiblərinə qalib gələn Azərbaycan komandası birinci yeri tutub. Onu da qeyd edək ki, yığma komandanın tərkibində “Judo Club 2012” 8 idmançı ilə təmsil olunub.

Çempionatda fərdi yarışlarda qazanılmış medallardan 6-sı (2 qızıl, 3 gümüş, 1 bürünc) onların payına düşüb. Belə ki, Musa Məmmədov (14-15 yaş) -63 kq, Fərid Ağayev (16-17 yaş) -76 kq çəki dərəcələrində qızıl, Rəsul Abbasov (14-15 yaş) -57 kq, Abbas Dadaşov (16-17 yaş) -68 kq, Adil Quliyev (16-17 yaş) -76 kq çəki dərəcələrində gümüş, Kənan Babayev (16-17 yaş) -68 kq çəki dərəcəsində bürünc medala sahib olublar.

“Judo Club 2012”nin yetirmələri Fərid Ağayev, Abbas Dadaşov, Kənan Babayev, çempionatda 16-17 yaşlı karateçilərin komanda yarışlarının qalibi olan millimizin tərkibində əzmkarlıqla mübarizə aparıblar.

Macarsıtanda Azərbaycanı təmsil edən heyətə “Judo Club 2012”nin karate bölməsi üzrə baş məşqçisi Namiq Pirverdiyev də daxil idi.

Azvision.az


Teqlər:





Xəbər lenti