Gələn il Avropada yeni dövlət yarana bilər

Gələn il Avropada yeni dövlət yarana bilər
  13 Dekabr 2013    Oxunub:1450
Kataloniyada rəsmi Mardidlə razılaşdırılmayan referendum 2014-cü il noyabrın 9-da keçiriləcək.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, İspaniya Krallığının tərkibində olan Kataloniya Muxtar Bölgəsinin hökuməti bölgənin müstəqilliyi barədə referendumun gələn ilin 9 noyabrında keçirilməsi barədə qərar qəbul edib. Hökumət rəhbəri Artur Mas bildirb ki, qarşıdakı referendumda vətəndaşlar iki suala cavab verəcəklər: “Kataloniyanın dövlət olmağını istəyirsinizmi? və “Əgər istəyirsinizsə, onda bu dövlətin müstəqil olmasını da istəyirsinizmi?”.

Xatırladaq ki, bundan öncə İspaniya baş naziri Mariano Rahoy Kataloniyanın müstəqillik barədə referendum keçirməsinə icazə verməkdən imtina etmişdi. Baş nazir tərəfləri danışıqlara çağırdı. İspaniya Konstitutsiyasına görə, yalnız mərkəzi hökumət referendum təyin edə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti