“Verilişlərin bayağılığı məni çox narahat edir” - MTRŞ sədri

“Verilişlərin bayağılığı məni çox narahat edir” -    MTRŞ sədri
  05 Noyabr 2019    Oxunub:2077
"Azərbaycanda teleradio sahəsində əldə olunan uğurlarla yanaşı, qüsurlar da mövcuddur. Elə təəssürat yaranmasın ki, Azərbaycanda televiziya və radio sahəsində hər şey normaldır"
Azvision.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, özəl televiziyaların yayım siyasəti tamamilə kommersiya maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən televiziyaların fəaliyyətində isə əsas dövlətin daxili və xarici siyasətinin təbliğatı, xalqın dəyərlərinin, Azərbaycanın ədəbi dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və digər məsələlər dayanır.

MTRŞ sədri hesab edir ki, özəl telekanallarda nöqsanlar daha çox reytinq xatirinə baş verir: "Reytinq xatirinə fəaliyyət çox ciddi nöqsanlara gətirib çıxarır. Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir. Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunmuş formada təqdim olunur. Bütün bunlar bizi narahat edir".

Azvision.az



Teqlər: NuşirəvanMəhərrəmli   TV  





Xəbər lenti