2019-cu ilin Nobel laureatı: “Kainatda Allaha yer yoxdur”

      2019-cu ilin Nobel laureatı:    “Kainatda Allaha yer yoxdur”
  04 Noyabr 2019    Oxunub:16763
“Kainatda Allah üçün yer yoxdur”. Bu sözləri 2019-cu ilin fizika üzrə Nobel laureatı, məşhur isveçrəli astrofizik Mişel Mayor deyib.
O, “El Pais” nəşrinə müsahibəsində bildirib ki, dinə görə, hansısa ali varlıq Yerdə həyatın yaranmasına qərar verib. “Lakin elmi faktlar göstərir ki, həyatın yaranması – təbii prosesdir. Başa düşmədiyimiz məqamları isə araşdırmaq və bilmədiyimiz cavabları tapmaq lazımdır”,- deyə alim əlavə edib.

Qeyd edək ki, Mişel Mayor 2019-cu ilin oktyabrın 8-də Fizika üzrə Nobel mükafatına layiq görülüb. O, bir müddət əvvəl öz tələbəsi Didye Kelo ilə birlikdə ilk ekzoplaneti kəşf etməklə astronomiyada inqilab yaratmışdı. Hazırda Kainatda Yer Kürəsinə bənzəyən 4 mindən çox obyekt aşkarlanıb.

Tariyel Həsənov
Azvision.az


Teqlər: Elm   Allah   MişelMayor  





Xəbər lenti