Ermənistanda ATƏT-in rəhbərliyi altında Ermənistan və Gürcüstanın xarici işlər üzrə daimi parlament komissiyalarının iclası keçiriləcək
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Gürcüstan parlamentinin spikeri David Usupaşvuili sabah Ermənistan respublikasını səfər edəcək. Səfər çərçivəsində Usupaşvuili erməni həmkarı Ovik Abramyanla görüşəcək. Spikerlərin görüşü Yerevanda deyil, Lori vilayətində baş tutacaq. Görüşdə tərəflər iki ölkənin parlamentlərarası münasibətlərini müzakirə edəcəklər.
“Tufenkyan” mehmanxanasında keçiriləcək görüşün təşəbbüskarı ATƏT-dir.