Azərbaycanlı qız Almaniyada "ilin tədqiqatçısı" ola bilər

Azərbaycanlı qız Almaniyada "ilin tədqiqatçısı" ola bilər
  29 Oktyabr 2019    Oxunub:3489
Xaricdə təhsil almış azərbaycanlı gənclərin səsi dünyanın müxtəlif yerlərindən gəlməkdə davam edir. Bu dəfə gənc azərbaycanlı xanım Günay Kazımzadə diqqət mərkəzindədir.
Azvision.az xəbər verir ki, 2019-cu il Almaniyada "Elm ili" seçilib. Bu münasibətlə Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi tərəfindən təsis edilən "Süni İntellekt üzrə ilin Gənc Tədqiqatçısı" mükafatına 6 nəfər namizəd olub. Onlardan biri də həmyerlimiz Günay Kazımzadədir.

Almaniyada "ilin tədqiqatçısı" mükafatına layiq görülməsi üçün G.Kazımzadənin onlayn keçirilən səsvermədə dəstəyə ehtiyacı var. Bu LİNK -ə daxil olmaqla öz dəstəyinizi nümayiş etdirə bilərsiniz.

Qeyd edək ki, Günay Kazımzadə Moskva Dövlət Universitetindən tətbiqi riyaziyyat və kompüter elmləri ixtisası üzrə məzun olduqdan sonra Almaniyanın magistratura üzrə DAAD və Azərbaycan dövlət təqaüdünü qazanaraq Bonn Universitetində kompüter elmləri üzrə magistratura təhsili alıb. Hazırda Berlin Texniki Universitetində tədqiqatçı kimi çalışır.

Türkan Məmmədli
Azvision.az



Teqlər: Almaniya  





Xəbər lenti