Bakıda qeyri-adi sinif otağı - FOTOREPORTAJ

Bakıda qeyri-adi sinif otağı -  FOTOREPORTAJ
  28 Oktyabr 2019    Oxunub:26121
Azərbaycanda “Sağlam Təhsil – Sağlam Millət” layihəsinə 2014-2015-ci dərs ilindən başlanılıb. Hazırda bu layihə 35 ümumtəhsil məktəbinin 68 sinfində tətbiq edilir. Bunlardan 53-ü birinci, 15-i isə ikinci siniflərdir.
Layihənin məqsədi şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. "Sağlam təhsil sinfi"ndə tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır.

Ölkəmizdə sözügedən layihə həyata keçirilməmişdən əvvəl dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb. ABŞ, Avropa İttifaqı, Yaponiya, Finlandiya, Rusiya və Ukraynada aparılan işlər təhlil edilib

Bakıda “Sağlam Təhsil – Sağlam Millət” layihəsinin tətbiq edildiyi təhsil müəssisələrindən biri Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdir.

Azvision.az -ın əməkdaşı həmin məktəbin "Sağlam təhsil sinfi"ndə bir günlük dərs prosesindən fotoreportaj hazırlayıb.



















































FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Məktəb   Şagird  





Xəbər lenti