Növbəti günlərdə Günəş fəallığı aşağı olacaq

Növbəti günlərdə Günəş fəallığı aşağı olacaq
  24 Oktyabr 2019    Oxunub:1842
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan Azvision.az -a verilən məlumata görə, bu gün Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir.

Proqnoz dövründə (24-26 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. İlk iki gün CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti səbəbindən Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü isə şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 30 faizdən, son gün isə 15 faizdən aşağı qiymətləndirilir.

Azvision.az


Teqlər: Günəş  





Xəbər lenti