Bakıda ev partladı - xəsarət alan var

Bakıda ev partladı - xəsarət alan var
  12 Dekabr 2013    Oxunub:1084
Abşeron rayonunda partlayış olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Partlayış zamanı evin plastik qapısı və pəncərələri qırılıb, divarlarda çatlar əmələ gəlibr.

Yanğın zamanı evdə 3 nəfər yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti