Sabirabadda əhaliyə pulsuz hüquqi yardım göstərilib

Sabirabadda əhaliyə pulsuz hüquqi yardım göstərilib
  19 Oktyabr 2019    Oxunub:1858
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Azvision.az xəbər verir ki, silsilə tədbirlər çərçivəsində oktyabrın 19-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Sabirabad və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.

“Femida” və “26 saylı” vəkil büroları tərəfindən Sabirabad rayonu Gənclər Mərkəzində 70-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri ilə tanış olunub, müvafiq məsləhətlər verilib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq təşkil olunacaq.

Azvision.az



Teqlər: Sabirabad   Hüquq   Yardım  





Xəbər lenti