CNN Naxçıvandan reportaj hazırladı - VİDEO

  16 Oktyabr 2019    Oxunub : 848
CNN Naxçıvandan reportaj hazırladı - VİDEO
CNN telekanalı ərəbdilli saytında Naxçıvan Muxtar Respublikası ilə bağlı video yayımlayıb.
Azvision.az xəbər verir ki, bu dəfə kanal izləyicilər üçün Naxçıvanda yerləşən “Əlincəqala” ilə bağlı ərəb dilində məqalə və videomaterial hazırlayıb. Məqalədə Perunun itkin düşən şəhəri məşhur Machu Picchunun bənzərinin Qafqazda, yəni Naxçıvan Muxtar Respublikasında olduğu bildirilir. Həmçinin bir çox insanın görmədiyi “İkinci itkin şəhəri” kəşf etmək üçün insanlar Naxçıvana dəvət olunur.

Qeyd edilir ki, Machu Picchuya bənzədiyi üçün qala ölkə arasında “Azərbaycanın Machu Picchusu” adlandırılır. Məqalədə eyni zamanda Əlincəqalanın tarixi ilə bağlı maraqlı məlumatlar ərəb dilində yer alıb.



Azvision.az

Teqlər: CNN   Naxçıvan